"Ankaragücü"nün futbolçusu da millimizin formasını geyinəcək

10 Oktyabr 2023 08:40 Milli komanda 1 090
"Ankaragücü"nün futbolçusu da millimizin formasını geyinəcək

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Serbiyada keçirəcək oyunlar üçün ilkin heyəti açıqlanıb.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, millimiz seçmə mərhələyə hazırlıq məqəsilə oktyabrın 9-dan 11-dək Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək.

Bakı toplanışından sonra Serbiyaya gedəcək yekun heyət müəyyənləşəcək.

Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını və oyunların təqvimini diqqətinizə çatdırırıq:

Ayxan Abbaszadə("Turan Tovuz"), Həbib Hüşənov ("Qəbələ"), Ayxan Əlizadə ("Sabah"), Məsud Əlişanlı (EFA), Əhməd Tarverdiyev ("Sabah"), Səmid Əhmədov ("Qəbələ"), Əli Nəbizadə("Neftçi"), Vüsal Paşayev ("Sumqayıt"), Nadir Orucov ("Sumqayıt"), Rəşad Alışov ("Sabah"), Tuncay Əhmədov("Sabah"), Əkbər Məhərrəmov("Sabah"), Ömər Kərimov("Qəbələ"), Əmir Əliyev, Babamirzə Mehdiyev(hər ikisi "Sabah"), Elton Babazadə("Qarabağ"), Ziya Şəkərxanov("Qəbələ"), Emin Feyzullayev("Sabah"), Həsən Nəzərli ("Ankaragücü", Türkiyə), Hikmət Cəbrayilzadə, Amid Qasımov(hər ikiisi "Qarabağ"), Ümid Səlimov("Sabah"), Röyal Fərzullazadə ("Neftçi") Həbib Qədimov ("Qarabağ")

21 oktyabr. Saat 19:00
Serbiya – Azərbaycan

24 oktyabr. Saat 14:00
Sloveniya – Azərbaycan

27 oktyabr. Saat 16:00
Azərbaycan – Lüksemburq

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti