Musa Qurbanlı İsveçdən Azərbaycana gəlməyəcək

10 Oktyabr 2023 00:40 Milli komanda 1 244
Musa Qurbanlı İsveçdən Azərbaycana gəlməyəcək

AVRO-2024-ün seçmə mərhələsində səfərdə Estoniya, evdə Avstriya ilə qarşılaşacaq Azərbaycan millisi bir araya gəlib.

Sportinfo.az xəbər verir ki, futbolçular "Dalğa Arena"da hazırlıq keçib.

“Yurqorden”dən cəlb edilən Musa Qurbanlı İsveçdən birbaşa Estoniyaya gedəcək. Digər legionerlərin hamısı bu gün Bakıda məşqdə iştirak edəcək.

Milli oktyabrın 11-də, saat 15:00-da çarter reysi ilə səfərə yollanacaq və 14-də Vətənə qayıdacaq.

Oktyabrın 13-də Estoniyanın qonağı olacaq yığma bundan üç gün sonra doğma meydanda Avstriyanı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO