Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində oktyabrın 13-də səfərdə Estoniya ilə qarşılaşacaq.
Rəqib düşərgədə bizə tanış sima yer alacaq.
Söhbət “Sumqayıt”ın estoniyalı forvardı Erik Sorqadan gedir.
“Kəpəz”lə oyundan sonra (0:1) ölkəsinə yola düşən 24 yaşlı hücumçu milli komandamızla qarşılaşma barəsində saytımıza açıqlama verib:
“Düşünürəm ki, Azərbaycanla görüş maraqlı olacaq. Düşünürəm ki, azərbaycanlılar üçün çətin matç keçəcək.
Çünki evdə azarkeşlərimiz önündə oynayacağıq. Çox güclü rəqiblərə baxmayaraq, məqsədimiz qələbə qazanmaqdır.
Ölkəmizin qrupdakı komandalarla rəqabət apara biləcəyini sübut etməliyik.
Son uğursuz oyunlarımızı unutdurmaq və qələbə qazanmaq üçün hər şeyi edəcəyik. İnanıram ki, hər şey bizim üçün yaxşı oyun olacaq”.
Erik sonda “Yığmanın baş məşqçisi millimiz haqqında səndən nələrsə öyrənibmi” – deyə ünvanladığmız suala qısaca belə cavab verib:
“Bu barədə nəsə danışmaq mənə düşməz. Çünki belə şeylər məşqçilərin işidir. Mən sadəcə futbolçuyam, meydana çıxıb işimi görməyə çalışacam”.
XANOĞLAN / SPORTİNFO.AZ

