Azərbaycan yığmasının oyunları “Dalğa“dan “Qarabağ”ın “ev”inə köçürüldü

5 Oktyabr 2023 01:20 Milli komanda 1 041
Azərbaycan yığmasının oyunları “Dalğa“dan “Qarabağ”ın “ev”inə köçürüldü

Azərbaycan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi 2 matçın stadionu dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Yığmanın Bakıda, oktyabrın 12-də Şimali İrlandiya, 17-də isə Lüksemburq yığma komandalarına qarşı keçirəcəyi oyunların stadionu dəyişdirilib.

Hər iki qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi “Dalğa Arena”da deyil, “Azersun Arena”da keçiriləcək. Oyunlar saat 18:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti