"Məhz bu üzdən daha 1-2 nəfərə dəvət göndərmək qərarına gəldim"

4 Oktyabr 2023 00:50 Milli komanda 730
"Məhz bu üzdən daha 1-2 nəfərə dəvət göndərmək qərarına gəldim"

“Belçika və Azərbaycanla oyunlara qələbə üçün çıxacağıq”.

Sportinfo.az xəbər verir ki, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə mərhələsində bu ay keçirəcəkləri oyunlarla bağlı danışarkən deyib.

Almaniyalı mütəxəssis ciddi problemlərlə üzləşdiklərini bildirib. O, yığmaya çağırılan zədəli oyunçuların heyətdən çıxarılacaqlarını istisna etməyib:

“Bir neçə futbolçunun durumu qeyri-müəyyəndir. Bunlar David Alaba, Marsel Sabitzer, Stefan Poş və Mixael Qreqoriçdir. Hazırkı durumda onların qarşıdakı matçlarda iştirak şansları az görünə bilər.

Məhz bu üzdən əlavə 1-2 nəfərə dəvət göndərmək qərarına gəldim. Sanki uzun bir mövsümün sonundayıq.

Çünki zədəlilərimiz kifayət qədərdir. Bu üzdən qarşıdakı matçlar asan olmayacaq. Buna baxmayaraq, nikbinliyimizi qoruyuruq”.

Oktyabrın 13-də Vyanada Belçikanı qəbul edəcək Avstriya yığması bundan 3 gün sonra Bakıda Azərbaycan millisinin qonağı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti