Azərbaycan millisinin sabiq baş məşqçisi Livanda

3 Oktyabr 2023 13:20 Milli komanda 752
Azərbaycan millisinin sabiq baş məşqçisi Livanda

Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Livan yığmasını çalışdıracaq.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Livan Futbol Assosiasiyası ilə münasibətləri rəsmiləşdirib.

57 yaşlı məşqçi bu postda serbiyalı Aleksandr İliçi əvəz edib. Onun millidə debütü oktyabrın 12-də Podqoritsada Monteneqro ilə keçiriləcək yoldaşlıq görüşünə təsadüf edəcək.

Nikola Yurçeviç son dəfə 2019-cu ildə Azərbaycan yığmasını çalışdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti