Sabiq “Dinamo Kiyev”li millimizdə çalışmaq üçün “hazıram” dedi

2 Oktyabr 2023 20:40 Milli komanda 6 811
Sabiq “Dinamo Kiyev”li millimizdə çalışmaq üçün “hazıram” dedi

“Təklif olsa, hər zaman hazıram”.

1984-1087-ci illər aralığında “Neftçi”nin, 1994-cu ildən 1998-ci ilə qədər Azərbaycan millisinin qapısını qoruyan Aleksandr Jidkov Sportinfo.az-a açıqlamasında yenidən millidə, bu dəfə məşqçi kimi çalışmaq perspektivindən söz açıb.

58 yaşlı mütəxəssis təxminən 25 ildən sonra yenidən Azərbaycana qayıtmağı qərara aldı.

“İrəvan”ın baş məşqçisi Nazim Süleymanovun təklifini isti qarşılayan təcrübəli məşqçi bilik və savadını bu komandanın qapıçıları ilə bölüşür.

Bəs, sabah Azərbaycanın əsas millisindən və ya digər yaş qruplarından ibarət yığmalardan təklif gəlsə, Jidkovun münasibəti necə olar?

Aleksandr Vitalyeviç bu işdə problem görmədiyini dilə gətirib:

“Mənim tərəfimdən heç bir problem yoxdur. Vaxtilə formasını geyindiyim milli üçün məşqçi kimi də çalışa bilərəm. Amma burada məsələ məndən asılı deyil. İlk növbədə təklif olmalıdır.

Hələ ki “İrəvan”da çalışaq, kömək edək, sonrası görək necə olacaq”.

Məşqçilik karyerasına 36 yaşında “Anji”də başlayan Kiyev “Dinamo”sunu sabiq qolkiperi növbəti illərdə “Moskva”, “Oryol”, “Tom”, “Volqa Tver”, “Rostov”, “Avanqard Kursk” və Yaşın akademiyasında çalışıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti