Ukraynanın əsas millisində oynamaq şansı olsa da, Azərbaycanı seçdi

30 Sentyabr 2023 03:00 Milli komanda 7 203
Ukraynanın əsas millisində oynamaq şansı olsa da, Azərbaycanı seçdi

Ukraynanın "Polesye" klubunda çıxış edən Emil Mustafayev Azərbaycan millisində oynamağa yaxındır.

Sportinfo.az xəbər verir ki, apasport.az-a verilən məlumata görə, AFFA Mustafayevi dərhal milliləşdirmək niyyətindədir.

Ukrayna çempionatında oynayan Mustafayev özü də millimizin formasını geyinməyə razıdır. Yaxın vaxtlarda məsələnin birdəfəlik həll ediləcəyi və Mustafayevin Azərbaycan millisinə cəlb olunacağı gözlənilir.

Futbolçunun komandası hazırda Ukrayna çempionatında 4-cü pillədədir. Mustafayevin Ukraynanın əsas millisində oynamaq şansı olsa da o, Azərbaycan yığmasından yana seçim edib. Futbolçu həm də U-21 yığmamızın sabiq üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti