
“Qarşıdakı oyunlarda öz vəzifəmizi yerinə yetirməyə çalışacağıq”.
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına açıqlamasında AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrda keçiriləcək oyunlarla bağlı danışarkən deyib.
Belçikaya Bakıdakı məğlubiyyəti yada salan italiyalı mütəxəssis növbəti matçlarda üz-üzə gələcəkləri rəqiblər barədə də fikir bildirib:
“Uğursuz buraxdığımız qol səbəbindən Belçikaya 0:1 hesabı ilə uduzduq. Amma yaxşı oynamışdıq.
Bu, bizim səviyyəmizdəki komandaların kiçik çatışmazlığıdır. İndi bizim üçün əlçatan Estoniya və əlçatmaz Avstriya ilə qarşılaşacağıq”.
Oktyabrın 13-də səfərdə Estoniya ilə qarşılaşacaq Azərbaycan millisi üç gün sonra Tofiq Bəhramov adına Respublika stadionunda Avstriyanı qəbul edəcək.