Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Alghero şəhərində təşkil olunan Avropa Superfinalında sonuncu oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Moldova yığması ilə qarşılaşmanın əsas vaxtı 4:4 hesabı ilə başa çatıb.
Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Moldova yığması yekunda 4:1 hesabı ilə qələbə qazanıb. Millimizin qollarını Orxan Məmmədov və Sabir Allahquliyev vurub.
Yekunda Superfinalı 14-cü pillədə tamamlayan Azərbaycan milli komandası A Divizionundakı yerini itirərək B Divizionuna düşüb.