Azərbaycan yığması Türkiyəni seçdi – DÇ üçün

21 Sentyabr 11:20 Milli komanda 492
Azərbaycan yığması Türkiyəni seçdi – DÇ üçün

Azərbaycan minifutbol millisi Türkiyədə təlim-məşq toplanışı keçəcək.

Elşad Quliyevin baş məşqçisi olduğu yığma sentyabrın 23-də qardaş ölkəyə yollanacaq.

Komanda 2 həftə Antalyada qalacaq və bu müddətdə 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Bu səfər Birləşmiş Ərəb Əmirliklərinin Ras Al Xayma şəhərində keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır. Yığma G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq.

Komandamız ilk oyununu oktyabrın 27-də İraqa qarşı keçirəcək. Bundan iki gün sonra Misirlə, oktyabrın 31-də isə Tunislə üz-üzə gələcək.

Qrupda ilk iki yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Dünya çempionatına noyabrın 4-də final matçı ilə yekun vurulacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti