Futbol eksperti Emin Abbasov AFFA rəhbərliyinin millinin futbolçularına mükafat verməsinə tənqidi yanaşıb.
O, bu barədə ATV kanalında yayımlanan «Futbolumuz» verlişində danışıb.
Sportinfo.az-ın yaydığı məlumata istinad edən tanınmış teleşərhçi AVRO-2024-ün seçmə mərhələsində Belçikaya 0:1 hesabıyla uduzan yığma üzvlərinə pul paylamasının yanlış addım olduğunu bildirib.
Müsahib deyib ki, federasiya uğursuz çıxış edən komandanı mükafatlandırmaqla səhv yol tutub, halbuki həmin vəsaiti yeni yaradılan İkinci Liqaya yönəltmək olar.
Abbasov bu çempionata ev sahibliyi eləyən stadionların bərbad vəziyyətdə olmasına diqqət çəkib və vurğulayıb ki, mövcud infrastrukturun yaxşılaşdırılması istiqamətində təcili işlər görmək lazımdır.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: