.jpg)
«Milli komandanın hər dəfə əcnəbi məşqçilərə tapşırılmasının səbəbləri var. Kimlərsə onların təyinatından pul qazanır».
Bu sözlər Sportinfo.az saytının təsisçisi İlkin Vaqifoğluna məxsusdur.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində bir sıra önəmli açıqlamalar verib.
Bildirib ki, AFFA xarici mütəxəssislərə yanavşmasını dəyişməli, yerlilərə üstünlük verməlidir.
Qurban Qurbanovun 2017-ci ildə 6 illik konsepsiya ilə yığmaya dəvət olunduğunu, Millətlər Liqasında 9 xal toplamasına rəğmən, 1 ildən sonra görəvdən alınmasını yada salan İ.Vaqifoğlu qeyd edib ki, federasiya öz yanlışını düzəltməyə tələsməlidir, əks halda, komandamız beynəlxalq miqyasda periodik uğurlar qazanmayacaq.
Müsahib əcnəbilərin bura gətirilməsində yalnız bəzi şəxslərin maraqlarına xidmət etdiyini söyləyib. Onun fikrincə, mətbuat bu məsələdə AFFA-nın yeni baş katibi Sərxan Hacıyevə dəstək verməlidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: