COP29

Tanınmış məşqçinin Azərbaycana təcili qayıdışının SƏBƏBLƏRİ BİLİNDİ

16 Sentyabr 2023 21:20 Milli komanda 2 057
Tanınmış məşqçinin Azərbaycana təcili qayıdışının SƏBƏBLƏRİ BİLİNDİ

Birinci Liqanın çempionluğa əsas namizədi “İrəvan” baş məşqçi postuna Nazim Süleymanovu gətirdi.

Debütant hazırlığa Elbrus Məmmədovla başlasa da, çox keçmədən onu millimizin sabiq hücumçusu ilə əvəzlədi.

Nazim bəyin təkidi ilə Azərbaycan yığmasındakı çıxışları ilə tanınan Aleksandr Jidkov da Rusiyadan Bakıya gəldi.

Əslində, Nazim bəyin Rusiyadakı işləri pis getmirdi. Ötən ilin sentyabrında müqavilə bağladığı “Ximki”nin U-19 komandası ona tapşırılmışdı.

Əsas komanda elitanı tərk edəndən sonra ötənlərin məşhur “10 nömrə”yə klubda iki post təklif olunmuşdu.

“Ximki”də baş məşqçi Andrey Talalayevin köməkçisi olmaq, ya da seleksiya qrupunun rəhbəri səlahiyyətlərini icra etmək.

Hətta adını dəqiqləşdirə bilmədiyimiz Rusiya klublarından biri də 58 yaşlı mütəxəssisin xidmətində maraqlı olub.

Süleyamanov bütün təkliflərə arxa çevirərək təcili Azərbaycana qayıdıb ki, bu da səbəbsiz deyil.

Belə ki, “İrəvan” rəhbərliyi təcrübəli mütəxəssislə söhbətdə ona klubun hazırkı və gələcək taleyi ilə bağlı xoş sözlər çatırıb.

“İrəvan”ın güclü maliyyə dayaqlarına sahib olması əsas şərtlərdən olubsa, növbəti mövsümdə komandanın Premyer Liqada mübarizə aparacağı və klubun maddi imkanlarının bir qədər də genişlənəcəyi keçiddə rol oynayıb.

Süleymanova komanda elitaya yüksələcəyi halda, baş məşqçinin postunun istənilən halda ona tapşırılacağı sözü verilib.

Azərbaycana təcili dönüşün kökündə dayanan əsas səbəblərdən biri də Süleymanovlar ailəsində baş tutacaq çal-çağır məclisidir.

Belə ki, Nazim bəy oğlu Tamerlanı evləndirməyə hazırlaşır. Məhz toy mərasiminin təşkili və keçirilməsi üçün də Bakıda olmağı vacib bilib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?