Canni De Byazi növbəti dəfə öz xidmətini bu ölkənin millisinə təklif etdi

16 Sentyabr 2023 23:20 Milli komanda 1 006
Canni De Byazi növbəti dəfə öz xidmətini bu ölkənin millisinə təklif etdi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Polşa yığmasında işləmək istəyir.

Sportinfo.az "WP SportoweFakty" nəşrinə istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis növbəti dəfə öz xidmətini təklif edib.

Buna baxmayaraq, Polşa Futbol Assosiasiyasının prezidenti Sezari Kuleşa komandanı yerli mütəxəssisə tapşırmaq niyyətindədir.

Funksioner bu posta Marek Papszun və Mixal Probeji namizəd görür. Qurum sentyabrın 13-də portuqaliyalı Fernandu Santuşla yollarını ayırıb.

Canni De Byazinin adı daha əvvəl də bu yığma ilə hallanıb. İtaliyalı mütəxəssis hətta Polşa millisindən bir addım uzaqda olduğunu açıqlamışdı.

Digər Xəbərlər
Xəbər Lenti