
«Əgər nəticə yoxdursa, biz əcnəbi baş məşqçini neyləyirik?».
Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.
Tanınmış teleşərhçi millimizin AVRO-2024-ün seçmə mərhələsində uğursuz çıxışından bəhs edib.
Sabiq funksioner dörd turda üç məğlubiyyət alan və cəmi 1 xal toplayan komandamızın Canni De Byazi ilə vidalaşmalı olduğunu bildirib:
«Hər əcnəbi məşqçi bura gələndən bir qədər sonra deyir ki, bizim çox güclü rəqiblərimiz var. Sual yaranır, rəqiblər güclüdür deyə, biz əcnəbi məşqçi dəvət edirik də.
Rəqiblər zəif olsaydı, biz daha əcnəbi məşqçini neyləyirdik? Elə yerli məşqçiylə də o 1 xalı toplamaq olardı.
Millətlər Liqasında bizimlə eyni qrupda mübarizə aparmış Qazaxıstan Avropa çempionatının seçmə mərhələsində artıq 12 xal toplayıb».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: