"Azərbaycanla oyunla bu arasında fərq onda idi ki..."

15 Sentyabr 09:00 Milli komanda 327
"Azərbaycanla oyunla bu arasında fərq onda idi ki..."

"Azərbaycanla oyunla bu matç arasında fərq onda idi ki, biz əvvəldən kəskin hücumlara keçdik.

Hər şeydə - ötürmə, driblinq, fərdi oyunda daha aktiv idik"

Sportinfo.az xəbər verir ki, bu sözləri Avro-2024-ün seçmə mərhələsində Azərbaycan mllisinin rəqibi olan Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko Estoniyaya 5:0 hesabı ilə qalib gəldikləri oyun haqda danışarkən deyib.

Almaniyalı mütəxəssis qeyd edib ki, Bakıda Azərbaycan millisinə qalib gəldikləri matçda (1:0) gözlənilən oyunu sərgiləyə bilməsələr də, ümumi nəticədən razı qalıb:

“Azərbaycanla oyunda hər şey o qədər də pis deyildi, necə ki, Estoniya ilə görüşdə hər şey yaxşı deyildi.

Daha səbirli ola bilərik. Azərbaycanla oyundan fərqli olaraq bu görüşdə çox tez qol vurduq. Ən böyük fərq bu idi.

Belə erkən qol işimizi asanlaşdırır. Estoniya ilə oyunda daha çox qol imkanları yaratdıq. Hesab daha böyük ola bilərdi".

5 turdan sonra Belçika 13 xalla qrup lideridir. Azərbaycan 4 oyuna 1 xal toplayıb və qrupda 4-cüdür. Sonuncu olan (5 oyun) Estoniyanın da 1 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti