COP29

Emin Mahmudov: “Üç il əvvəl milliyə yaxın deyildim, indi isə..."

15 Sentyabr 2023 01:50 Milli komanda 411
Emin Mahmudov: “Üç il əvvəl milliyə yaxın deyildim, indi isə..."

“Üç il əvvəl milliyə yaxın deyildim, indi rekorda yaxınlaşmışam”.

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında Azərbaycan millisinin kapitanı Emin Mahmudov yığma tarixinin ən məhsuldar futbolçusu Qurban Qurbanovun rekorduna yaxınlaşması ilə bağlı danışarkən deyib.

31 yaşlı yarımmüdafiəçi yığmanın heyətində vurduğu qol sayını qısa müddətdə 11-ə çatdırmasının özü üçün gözlənilməz olduğunu etiraf edib:

“Açığı, millidə bu qədər qol vuracağımı gözləmirdim. İki il əvvəl desəydilər ki, rekorda yaxınlaşacaqsan, inanmazdım”.

“Neftçi”nin lideri Azərbaycan futbol tarixinə düşmək arzusunu gizlətməyib:

“Hər bir futbolçu tarixə düşmək istəyər. Mən də yaxşı formada qalmaq, Azərbaycan futboluna xeyir vermək üçün öz üzərimdə işləyirəm.

Rekordu yeniləsəm, bunun nə demək olduğunu yalnız o zaman hiss etmiş olaram. Etiraf edək ki, bizim milli üçün 3 qol o qədər də az deyil.

Nəzərə alaq ki, yarımmüdafiəçi olduğum üçün fərqlənmək imkanım az olur”.

O, Qurban Qurbanovun 14 qolluq rekorduna çatmağın elə də asan olmadığını düşünür:

“İlk növbədə komandama faydalı olmaq barədə düşünürəm. Bu, qol və ya məhsuldar ötürmə ilə də ola bilər.

Əlbəttə ki, əlimə şans düşəndə bundan yararlanmağa çalışıram. Oturub düşünmürəm ki, rekorda çatmağıma 3 qol qalıb. Oynadıqca qollar özləri gəlir”.

Emin Mahmudov AVRO-2024-ün seçmə mərhələsində Belçika (0:1), yoldaşlıq görüşü çərçivəsində isə İordaniya (2:1) ilə keçirilən matçları da dəyərləndirib:

“Belçika və İordaniya ilə oyunlar fərqli alındı. Əlbəttə ki, Belçika ilə qarşılaşma bizim üçün daha vacib idi.

Böyük futbolçulara malik güclü komandadır. Bizim üçün çox çətin oldu. Rəqib topla daha sürətli oynayırdı.

Yaxşı mübarizə aparsaq da, yekunda uduzduq. İordaniya ilə qarşılaşma ərəfəsində isə futbolçularda yorğunluq çox idi.

Üstəlik, meydan çox pis vəziyyətdə idi. Ötürmə vermək çətin idi. Hətta vurduğumuz ikinci qol epizodunda ötürmə zamanı top tullandı,

Renat Dadaşovun bədəninə dəyib tora daxil oldu. İstər-istəməz çətinlik çəkirdik. Qalib gəlməsəydik, bizi tənqid edəcəkdilər ki, bunlar İordaniyanı da uda bilmirlər.

İndi qalib gəlmişik, deyirlər ki, İordaniyanı udublar də. Amma onlar heç də zəif komanda deyildilər”.

Emin Mahmudov 2016-cı ildən Azərbaycan millisinə dəvət alır. Yarımmüdafiəçi yığmanın heyətində ümumilikdə 42 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 19:30 Çək və bizə göndər!
5 Oktyabr 11:20 Çox qazanacaqsız!
5 Oktyabr 08:40 "Sabah"da yeni oyunçu
5 Oktyabr 04:00 Qapmıza 6 qol vurdular
5 Oktyabr 02:40 Qazaxıstana məğlub olduq
5 Oktyabr 02:30 Nə vaxt qayıdacaqlar?