“Azərbaycanla oyunda Estoniya ilə matçdakı qədər güclü deyildik”

14 Sentyabr 2023 08:50 Milli komanda 612
“Azərbaycanla oyunda Estoniya ilə matçdakı qədər güclü deyildik”

“Azərbaycanla oyunda Estoniya ilə matçdakı qədər güclü deyildik”.

Sportinfo.az xəbər verir ki, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan (1:0) və Estoniya (5:0) ilə keçirilən oyunların müqayisəsini apararkən deyib.

Belçika millisi hazırda 13 xalla F qrupuna başçılıq edir. İtaliyalı mütəxəssis komandasının Estoniya ilə qarşılaşmadakı performansından daha çox razı qalıb:

“İki matç arasında fərq ondan ibarətdir ki, bu dəfə hər cəhətdən daha güclü olduq və erkən qol vurduq. Driblinqdə, ötürmələrdə daha yaxşı idik, boşluqları vaxtında tapırdıq.

Çoxlu qol şansları yaratdıq və bunlardan yararlandıq. Azərbaycandakı görüşdə də pis deyildik. Amma estonlarla matç daha yaxşı alındı”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır