"O. millini yerli məşqçiyə tapşırmaq istəyib, razılaşmayıblar" - VİDEO

13 Sentyabr 2023 21:00 Milli komanda 898
"O. millini yerli məşqçiyə tapşırmaq istəyib, razılaşmayıblar" - VİDEO

«Sərxan Hacıyev millini yerli məşqçiyə tapşırmaq istəyib».

Bu sözlər Sportinfo.az saytının təsisçisi İlkin Vaqifoğluna məxsusdur.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin qonağı olan İ.Vaqifoğlu AFFA-nın yeni baş katibinin mövqeyi ilə bağlı açıqlama verib.

S.Hacıyevin ölkəsinin yığmasının əcnəbilərə tapşırılmasına qarşı çıxdığını söyləyib.

Bildirib ki, o, xaricilərin vəzifə başına gətirilməsinin əleyhinə olsa da, İcraiyyə Komitəsinin üzvləri səhv yoldan çəkilməyib.

Müsahib federasiyanın 2007-ci ildən bəri Elxan Məmmədov tərəfindən idarə edildiyini, İcraiyyə Komitəsinin faktiki olaraq kağız üzərində ali orqan olduğunu, daim onun təkbaşına verdiyi qərarları təsdiqlədiyini vurğulayıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti