Azərbaycan millisinin Avropa Superfinalı üçün heyəti burada

13 Sentyabr 2023 13:40 Milli komanda 654
Azərbaycan millisinin Avropa Superfinalı üçün heyəti burada

Sentyabrın 19-dan 25-dək İtaliyanın Alqero şəhərində təşkil olunacaq Avropa Superfinalında iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan millisinin heyəti müəyyənləşib.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Zeynal Zeynalov komandaya 12 oyunçu cəlb edib.

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov.

Oyunçular: Amid Nəzərov, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Comərd Baxşəliyev, Hüseyn Axundov, Ramil Əliyev, Kamran Qürbətov, İsa Zeynallı, Tural Qurbatov.

B qrupunda yer alan Azərbaycan yığması sentyabrın 19-da Türkiyə, bir gün sonra Rumıniya, sentyabrın 21-də isə İsveçrə ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO