Emin Mahmudov və Renat Dadaşov ərəbləri Bakıdan əliboş yola saldı - VİDEO

13 Sentyabr 2023 02:10 Milli komanda 1 138
Emin Mahmudov və Renat Dadaşov ərəbləri Bakıdan əliboş yola saldı - VİDEO

Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda İordaniya yığması ilə üz-üzə gəlib.

"Dalğa Arena"da reallaşan qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.

45+1-ci dəqiqədə Emin Mahmudov penaltidən fərqlənərək hesabı açıb. 57-ci dəqiqədə rəqibin heyətində Nizar Əl Raşdan tarazlığı bərpa edib.

79-cu dəqiqədə isə Renat Dadaşov qələbə qolunun müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO