"Azərbaycan komandası bizə problemlər yaratdı, amma onlara hörmət etmək lazımdır”

13 Sentyabr 2023 01:00 Milli komanda 662
"Azərbaycan komandası bizə problemlər yaratdı, amma onlara hörmət etmək lazımdır”

Belçika millisinin yarımmüdafiəçisi Amadu Onana AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda Bakıda Azərbaycan millisi üzərində qazandıqları qələbəni (1:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, Onana qələbə qazanmaqlarına baxmayaraq, oyunun ağır keçdiyini etiraf edib:

"Ağır meydanda oynanılan çətin oyun oldu. Azərbaycan üzərində asan qələbə qazanacağımızı gözləyənlər var idi. Lakin belə olmadı.

Tapşırıq qol vurub Bakıdan üç xalı götürmək idi ki, bunun öhdəsindən gəldik. Ən əsası qələbə qazanmaqdı.

Yarımmüdafiəyə yaxşı nəzarət etdik, müdafiədə yaxşı oynadıq və xətlər arasında aqressiv qalmağa çalışdıq. Azərbaycan bizə problemlər yaratdı, amma ümumilikdə bu rəqibə hörmət etmək lazımdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti