21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu kollektiv Serbiyanın qonağı olub.
Qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə bitib.
Azərbaycan komandasının heyətində Süleyman Damadayev 89-cu dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Serbiya U-21 – Azərbaycan U-21 2:0
Qollar: İliç, 19, 26
Stara Pazova, FSS İdman Mərkəzinin stadionu
Baş hakim: Erkan Özdemirdir (Türkiyə)
Serbiya: 1. Veliko İliç, 22. Mitar Ergelas, 14. Mateyo Dordeviç, 3. Mixaylo İliç, 15. Luka Subotiç, 21. Nikola Stankoviç, 6. Aleksa Matiç, 20. Alyoşa Vaşiç, 11. Vladimir Luçiç (k), 9. Stefan Mitroviç, 7. Miloş Pantoviç
Baş məşqçi: Duşan Dordeviç
Azərbaycan: 1. Rüstəm Samiqullin, 15. Süleyman Damadayev, 4. Cəlal Hüseynov, 16. Seymur Məmmədov, 6. Rüfət Əhmədov, 8. Fərid Yusifli (k), 10. Veysəl Rzayev, 2. Abdulla Rzayev, 13. Elçin Qasımov, 19. Samir Abdullayev, 23. Ramin Nəsirli
Baş məşqçi: Samir Əliyev

