AVRO-2024-ün seçmə mərhələsində üçüncü məğlubiyyəti «Dalğa»da aldıq.
Avstriya və İsveçə səfərdə uduzmuşduq, Belçikaya da burada uduzduq.
«Məğlubiyyətdən məğlubiyyətə fərq olmaz» deyirlər, amma… Budəfəki yenilgiyə dərindən üzülənlərdən deyiləm.
Çox istərdim ki, milli «Tofiq Bəhramov»a qayıtsın.
Şəhərdən bir xeyli uzaq məsafədə yerləşən Mərdəkanda, dənizin qumlu sahilinin biraddımlığında oynamaqsansa, mərkəzdə, insanlapın qarışqa kimi qaynaşdığı məkanda bu cür oyunları keçirməyin mənası, ləzzəti bir başqadır.
Oyun paytaxtın «Gənclik» hissəsinə salınsaydı, ab-hava tamam fərqli, maraqlı olacaqdı və komandamız Belçikadan xal alacaqdı. 12 il öncəki kimi.
«Tofiq Bəhramov» azarkeşlə tamaşaçının yerini bəlli edən məbəddir. Aurası bir başqadır, özəldir.
Milli Respublika stadionunda sanki hər şeydən güc alır, bir özgə cür oynayır. «Dalğa Arena» onun yerini vermir, sıxıcı görkəmi var.
Gərək o insanların da haqqını verək. Hansılar ki, o havada Mərdəkana yollanaraq, millilərimizin yanında oldular,
Təəssüf, yenə alınmadı, sevinə bilmədilər, kor-peşman geri döndülər. Bir gün bu da olar. Canni De Byazi gedər, AFFA “təmizlənər”, futbolumuz ağ günə çıxar.
Düşünürəm, az qalıb. Çox az...
MUSA

