Azərbaycan millisi İordaniyanı məğlub etdi - YENİLƏNİB

12 Sentyabr 2023 21:55 Milli komanda 903
Azərbaycan millisi İordaniyanı məğlub etdi - YENİLƏNİB

Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Bakıda İordaniya yığmasını qəbul edəcək.

“Dalğa Arena”da keçiriləcək oyun saat 20:00-da start götürəcək.

Azərbaycan millisi daha əvvəl AÇ-2024-ün seçmə mərhələsində Belçikaya 0:1 hesabı ilə uduzub.

Yoldaşlıq oyunu

20:00. Azərbaycan – İordaniya 2:1

Qollar: Emin Mahmudov, 45+1 (pen), Renat Dadaşov, 78 - Nizar Əl-Raşdan, 58

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Qismət Alıyev, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Emin Mahmudov, Coşqun Diniyev, Aleksey İsayev, Ozan Can Kökçü, Musa Qurbanlı, Mahir Emreli.

İordaniya: Yazid Əbu Layla, Mustafa Eid, Yazan əl-Arab, Abdullah Nəsib, İhsan Haddad, Nizar Əl Raşdan, Raqayi Ayed, Musa Hammad, Əli Olvan, Mahmud Almardi, Həmzə əl-Dardur.

Baş hakim: Arda Kardeşler (Türkiyə).

Bakı. “Dalğa Arena”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti