"Kimlərsə pul qazanacaq deyə, biz bu biabırçılığa dözməliyik?"

12 Sentyabr 2023 13:00 Milli komanda 1 857
"Kimlərsə pul qazanacaq deyə, biz bu biabırçılığa dözməliyik?"

«Əcnəbi məşqçilərin millimizdə işləməsi kimlərinsə şəxsi maraqlarına xidmət edir».

Bu fikirlər Sportinfo.az-ın təsisçisi İlkin Vaqifoğluna məxsusdur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişininin qonağı olub. AFFA-nın ölkənin əsas komandasını daim xarici çalışdırıcılara tapşırmasından danışan İ.Vaqifoğlu bildirib ki, bu siyasət doğru deyil:

«Qurban Qurbanov 9 xal topladı, 1 ildən artıq saxlamadılar. Ondan əvvəl və sonra milliyə gətirilən əcnəbilərin heç biri o nəticəni qazanmadığını halda, hamısıyla müqaviləni uzadıblar.

Nikola Yurçeviçə iki seçmə mərhələdə şans verdilər. Canni De Byazi də 2020-ci ildən Azərbaycandadır.

Biz bu illər ərzində millidən biabırçı nəticələrdən başqa heç nə görməmişik. Amma AFFA onlarla işbirliyinə son qoymur.

Niyə? Çünki əcnəbilərlə əməkdaşlıq birilərinin xeyrinədir. Axı biz nəvaxtadək millinin uğursuz oyunlarını görməli və üzülməliyik?

Kimlərsə onlar vasitəsilə pul qazanacaq deyə, bu biabırçılığa dözməliyik? Strategiya dəyişməlidir».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti