Azərbaycan millisi bu gün İordaniya yığması ilə yoxlama matçı keçirəcək.
Komandamız dünən oyun öncəsi son məşqinə çıxıb.
“Dalğa Arena”da keçirilən hazırlıqda sabiq və indiki “Qarabağ”lıların topla paslaşması diqqət çəkib.
Söhbət İsveç təmsilçisi “Yurqorden”də çıxış edən Musa Qurbanlı, Zaqreb “Dinamo”sunun şərəfin qoruyan Mahir Emreli və “Qarabağ”ın hazırkı heyətindən Avropa gedə biləcək ən real namizədlərindən olan Elvin Cəfərquliyevdən gedir.
Oyunlarda gözlədiyimizi ala bilmədiyimiz adlar hələki məşqlərdə önə çıxmağı bacarır.
“Trio” arasındakı ötürmə şousun izləməyə dəyər.
Xüsusi ilə Qurbanlının usta davranışları gözdən qaçmayıb.
XANOĞLAN / SPORTİNFO.AZ
Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

