Rövnəq Abdullayev millinin futbolçularına elə sözlər dedi ki…

11 Sentyabr 2023 14:00 Milli komanda 1 594
Rövnəq Abdullayev millinin futbolçularına elə sözlər dedi ki…

AFFA prezidenti Rövnəq Abdullayev millinin futbolçuları ilə görüşüb.

O, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika ilə keçirilən matçdan (0:1) sonra paltardəyfişmə otağında yığma üzvlərini başına toplayıb.

Federasiya başçısı məğlubiyyətə rəğmən, komandanın oyunundan razı qaldığını söyləyib.

Qurumun rəhbəri qarşılaşmadan əvvəl hamının böyükhesablı yenilginin olacağını proqnozlaşdırdığını, lakin meydanda bərabər mübarizənin getdiyini söyləyib.

Abdullayev «biz düzgün yoldayıq» ifadəsini işlədib, qarşıdakı turlarda qələbələrin qeydə alınacağına əminliyini ifadə edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti