"İnsanlar Azərbaycan yığmasına asanlıqla qalib gələcəyimizi gözləyirdi"

11 Sentyabr 2023 12:40 Milli komanda 710
"İnsanlar Azərbaycan yığmasına asanlıqla qalib gələcəyimizi gözləyirdi"

“Azərbaycan bizə problem yaradan hörmətəlayiq rəqibdir”.

Sportinfo.az xəbər verir ki, bunu Belçikanın futbolçusu Amadu Onana Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunu barədə danışarkən deyib.

22 yaşlı yarımmüdafiəçi matçda çətinliklərlə üzləşdiklərini bildirib:

“Mürəkkəb meydançada çətin oyun oldu. İnsanlar asanlıqla qalib gələcəyimizi gözləyirdlər. Lakin asan matç olmur.

Məqsəd Bakıda qol vurmaq və 3 xal qazanmaq idi. Ən başlıcası qələbə qazanmaqdır.

Düşünürəm ki, meydanın mərkəzinə düzgün nəzarət etdik. Müdafiə ilə yaxşı anlaşma içində olduq və xətlər arasındakı aqressivliyi qorumağa çalışdıq”.

“Dalğa Arena”da təşkil olunan qarşılaşmada yeganə qola Yannik Karrasko imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti