"Neftçi"nin müdafiəçisi niyə millisinin düşərgəsindən ayrıldı?

11 Sentyabr 2023 00:30 Milli komanda 1 376
"Neftçi"nin müdafiəçisi niyə millisinin düşərgəsindən ayrıldı?

"Neftçi"nin müdafiəçisi Höccat Haqverdi milli komandamızın düşərgəsini tərk edib.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, ötən il noyabrın 20-də beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Skopyedə, Anton Malatinski stadionunda keçirilmiş Şimali Makedoniya - Azərbaycan oyununda qırmızı vərəqə ilə cəzalandırılan Höccət Haqverdi İordaniya millisinə qarşı oyunda iştirak edə bilməyəcəyi üçün milli komandada qalmayıb.

Millimiz sentyabrın 12-də beynəlxalq yoldaşlıq oyunu çərçivəsində “Dalğa Arena”da İordaniya millisi ilə qarşılaşacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO