Arda Azərbaycan – İordaniya matçında

10 Sentyabr 2023 13:35 Milli komanda 841
Arda Azərbaycan – İordaniya matçında

Sentyabrın 12-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – İordaniya beynəlxalq yoxlama oyununu idarə edəcək hakimlər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq qarşılaşmanı Türkiyədən olan hakimlər briqadası idarə edəcək:

Baş hakim Arda Kardeşler olacaq. Ona yan xətt hakimləri qismində Ceyhun Sesigüzel, İbrahim Çağlar Uyarcan köməklik edəcəklər.

4-cü hakim funksiyasını isə Tural Qurbanov (Azərbaycan) yerinə yetirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti