Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin 4-cü oyununda Bakıda Belçikanı qəbul edib.
“Dalğa Arena”da keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib.
Sportinfo TV-nin aparıcı eksperti Elçin Cəfərov oyunla bağlı maraqlı şərh verib.
O deyib ki, komandamız bu tsikildə ən mübariz futbolu oynadı, lakin keyfiyyət fərqi öz sözünü dedi:
“Millimiz ön basqıyla oynamağa çalışdı. Oyun planı olaraq uzun ötürmələrlə topun meydançanın rəqibə aid hissəsində saxlamaqla, daha çox qısa ötürmələrə üstünlük verilməsi seçilmişdi.
Lakin Belçikaya qarşı bunu etmək heç də asan məsələ deyil. Bir neçə dəfə belə imkan qazandıq.
Elə bunun ardınca rəqibin qapısı qarşısında təhlükəli epizodlar yaratdıq. Sonra Belçika daha çox topa sahib olmağa başladı.
Biz isə topsuz oyuna üstünlük verdik. Ancaq bunu davam etdirmək üçün fiziki hazırlıq yüksək olmalı, qazanılan topları üçüncü zonaya çatdırmaq, sürəti artırmaq lazım idi.
Onu bacara bilmədik. Bu cür rəqiblərə qarşı oyunlarda sürət çox vacibdir.
Xüsusilə mərkəzdə top itkisinə yol vermək qəbuledilməzdir. Coşqun Diniyevin topla lazımsız rəftarı qapımızda qolla nəticələndi.
Xüsusilə bu oyunda bəyəndiyim məqam millimizin rəqibin hücumu zamanı topun olduğu zonaya basqını düzgün edərək xətlərarası məsafəni çox açmamasıdır.
Gəl ki, bu məqamlarda ən böyük çatışmazlıq qazanılan topları zamanında hücuma çıxara bilmədik.
Rəqibin mərkəzdə qazandığı topları qısa ötürmələrlə cinahlara yayması daha çox qaçmağımıza səbəb oldu. Fasilədən sonra da oyun qonaqların istədiyi kimi getdi”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

