Millimiz “Dalğa”da Belçikaya güclü müqavimət göstərsə də…

9 Sentyabr 2023 18:55 Milli komanda 946
Millimiz “Dalğa”da Belçikaya güclü müqavimət göstərsə də…

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində dördüncü oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda Belçikanı qəbul edib.

“Dalğa Arena”da oynanılan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qola 38-ci dəqiqədə Yannik Karrasko imza atıb.

Qalibiyyət sayəsində xallarının sayını 10-a çatdıran belçikalılar F qrupunda liderliyə yüksəliblər. Azərbaycan yığması isə hesabındakı 1 xalla sonuncu yerdə qalıb.

Azərbaycan yığması sentyabrın 12-də eyni stadionda İordaniya ilə yoldaşlıq görüşü keçirəcək.

F qrupu
17:00. Azərbaycan – Belçika 0:1

Qol: Yannik Karrasko, 38.
Baş hakim: Nenad Minakoviç (Serbiya).
Bakı, “Dalğa Arena”

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov, 17. Toral Bayramov, 20. Aleksey İsayev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Yusif İmanov, 2. Yusif Nəbiyev, 6. Höccət Haqverdi, 10. Mahir Emreli, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 16. Elvin Camalov, 18. Rüstəm Əhmədzadə, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı

Baş məşqçi: Canni De Byazi

Belçika: 12. Koen Kastels, 4. Vout Fas, 5. Yan Vertongen, 3. Artur Teat, 21. Timoti Kastan, 6. Amadou Onana, 8. Yuri Tilemans, 11. Leandro Trossard, 10. Yannik Karrasko, 19. Yohan Bakayoko, 9. Romelu Lukaku

Ehtiyat oyunçular: 1. Tomas Kaminski, 13. Mats Sels, 2. Zeno Debast, 7. Ceremi Doku, 14. Dodi Lukebakio, 15. Olivye Deman, 16. Amin əl-Dahil, 17. Şarl de Ketelar, 18. Orel Manqala, 20. Lois Openda, 22. Uqo Siqet, 23. Mişi Batşuayi

Xal durumu: Avstriya - 10 (4 oyun), Belçika – 7 (3), İsveç – 3 (3), Estoniya – 1 (3), Azərbaycan – 1 (3).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti