Avro-2024-ün seçmə mərhələsində 5-ci turun oyunları davam edir.
F qrupunda mübarizə aparan Azərbaycan millisi də bu gün meydana çıxacaq.
Canni De Byazinin rəhbərlik etdiyi komanda Bakıda Belçika yığmasını qəbul edəcək.
"Dalğa Arena"da keçiriləcək görüş 1 dəqiqəlik sükutla başlayacaq.
Tərəflər bir neçə gün əvvəl dünyasın dəyişən millimizin sabiq üzvü Şəhriyar Rəhimovu yad edəcəklər.
Şəhriyar Azərbaycan millisinin heyətində 9 oyunda meydana çıxıb.
Mərhum futbolçu karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının formasını geyinib.
Ş.Rəhimov 2022-ci ilin əvvəlində karyerasını başa vurub.
XANOĞLAN / SPORTİNFO.AZ

