Azərbaycan millisini gözdən salan olaylar - Bir, iki, üç...

9 Sentyabr 2023 16:20 Milli komanda 834
Azərbaycan millisini gözdən salan olaylar - Bir, iki, üç...

Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində Belçikanı qonaq edəcək.

Normalda minimum qarşılaşmaya 3 gün qalmış millinin şansları, futbolçuların performansı mətbuatda, sosial şəbəkələrdə ciddi müzakirə olunmalıydı.

Hər nə qədər rəqib güclü olsa da.

Amma biz millidən başqa hər şeydən, hər kəsdən danışırıq.

"Adana Dəmirspor"a transfer olunan Şahruddin haqqında nə qədər desən boş-boş, mənasız şərhlər, müzakirələr aparıldı.

Türkiyə - Ermənistan görüşünün aşkarda, pərdə arxasında olan bütün olayları müzakirə olundu.

Gürcülərin İspaniya millisinə darmadağın olması da az danışılmadı.

Amma milli komandamız...

İdman jurnalisti, aktiv azarkeş olmasan bəlkə də matçın günün və ya saatın unudarsan.

Kütləni qınamağa dəyər?

Əsla!

Ölkənin bir nömrəli millisini bu qədər maraqsız, əhəmiyyətsiz edən cavabdeh şəxslərdi.

Tapşırıqla futbolçu dəvət olunur, milliləşdirilən legioner təhqirə keçəcək qədər hədəqəsindən çıxır, darmadağınlar bir-birin əvəz edir.

Və belədə milli bizim olmaqdan çıxır.

Kütlə də bizim olmayan sınıq-salxaq millidənsə, bizim olmayan ispandan, gürcüdən danışmağı daha əfsəl hesab edir.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti