Bu səssizliyə baş məşqçidən REAKSİYA - "Yəqin ki, De Byazi bunu düşünüb"

8 Sentyabr 2023 23:00 Milli komanda 1 083
Bu səssizliyə baş məşqçidən REAKSİYA - "Yəqin ki, De Byazi  bunu düşünüb"

Avro-2024-ün seçmə mərhələsində Belçika, beynəlxalq yoldaşlıq oyununda isə İordaniya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti müəyyənləşib.

Baş məşqçi Canni De Byazi milliyə 26 futbolçu dəvət edib.

İtaliyalı çalışdırıcı 10 Premyer Liqa klubundan 7-sindən seçim edib.

Amma 3 klubdan kimsə milli komandaya layiq görülməyib.

Həmin klublar arasında mövsümə uğurlu start verən “Araz Naxçıvan” da var.

Nəticələri ilə bərabər, oyunu da ürəkaçan olan Muxtar Respublika klubundan bir nəfər olsun əsas milliyə layiq yerli yoxdurmur?

Sorğumuza cavab olaraq komandanın baş məşqçisi Azər Bağırov bunları dedi:

“Hər bir məşqçinin fikrinə hörmətlə yanaşıram. Bizdə bəzi futbolçular tam hazır deyil.

Yəqin ki, De Byazi də bunu düşünüb. Ola bilər ki, italiyalı bəzi futbolçularımızı diqqət alıb.

Gələcəkdə çağırmaq üçün. İstənilən halda biz məşqçinin işinə qarışa bilmərik.

Öhdəmizə düşən şeylərlə məğul olmalıyıq. Məsələn, bildirə bilərlər ki, fılan oyunçuların fılan kriteriyalarına diqqəti artırın.

Biz də o barədə düşünərik. Biz maksimum nədirsə “Araz Naxçıvan” üçün edirik.

Bu da birbaşa Azərbaycan futboluna xidmətdir”.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti