Millimizin tərcüməçisi Belçika millisinin ulduzunun Bakıya gəlməsinə niyə sevinir?

7 Sentyabr 2023 11:20 Milli komanda 639
Millimizin tərcüməçisi Belçika millisinin ulduzunun Bakıya gəlməsinə niyə sevinir?

Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin tərcüməçisi Belçika millisinin ulduz futbolçusu Romelu Lukakunun Bakıya gəlməsinə sevinir.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis bunu “SKY Sport”a açıqlamasında deyib.

O bildirib ki, AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə keçirəcəkləri oyunda Lukakunun start heyətində meydana çıxacağını gözləyir:

“Lukakunun bizimlə matçda ilk dəqiqələrdən meydanda olacağını düşünürəm. Texniki zonamızda oturan tərcüməçim “Roma”nın böyük fanatıdır. O, Lukakunun Bakıya gəlməsinə sevinir”.

Sentyabrın 9-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan – Belçika qarşılaşması saat 17:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti