"Düşünürəm ki, Azərbaycan və Estoniyaya qarşı matçlarda meydana çıxa bilərəm".
Sportinfo,az xəbər verir ki, bunu Belçika millisinin qapıçısı Kun Kastels AVRO-2024-ün seçmə mərhələ oyunları ilə bağlı "Het Nieuwsblad" nəşrinə açıqlamasında deyib.
Yığmanın əsas üzvü Tibo Kurtuanın əvəzinə komandaya cəlb olunan 31 yaşlı qolkiper həmkarının zədələnməsi ilə bağlı danışıb:
"Aylarla kənarda oturmağın nə olduğunu bilirəm. Belə olan halda bütün mövsüm dumanlar içində qalır".
“Volfsburq”un (Almaniya) oyunçusu millinin baş məşqçisi Domeniko Tedesko haqqında da fikirlərini bölüşüb:
"O, Bundesliqada işlədiyi üçün məni Roberto Martinesdən daha yaxşı tanıyır".
Sentyabrın 9-da Azərbaycan yığmasının qonağı olacaq Belçika kollektivi üç gün sonra Estoniyanı qəbul edəcək.

