De Byazinin hansı höcətinə Mutunun da qərarı təsir etmədi?

5 Sentyabr 2023 21:00 Milli komanda 1 277
De Byazinin hansı höcətinə Mutunun da qərarı təsir etmədi?

Adrian Mutunun "Neftçi"yə gəlişindən azalır iki ay keçsin.

Rumıniyalı mütəxəssisin arxada qalan müddətdə özünə faydalı hesab etdiyi "onbirlik" artıq var.

Bununla bərabər onun "qara siyahısı" da yox deyil.

Məsələn, milliləşdirilən iranlı Höccət Haqverdi kimi.

30 yaşlı futbolçuya Mutu yalnız özünün "Fənərbaxça" ilə debüt matçında əsas heyətdə şans tanıyıb.

Və həmin 90 dəqiqə iki gün əvvəl təyinatı açıqlanan çalışdırıcıya bəs edib ki, Höccət böyük iddialar üçün yararlı futbolçu deyil.

Əbəs deyil ki, qısa müddət ərzində onun oynadığı mərkəz və sağ cinah müdafiəçisi mövqelərinə yeni transferlər olundu.

Arxada qalan müddətdə isə komandasını avrokuboklarda 4, daxili arenada 5 matça çıxaran Mutu cəmi 12 dəqiqə "3 nömrə"nin xidmətindən istifadə edib.

4 dəqiqə "Sabah"la matçda (1:1), 8 dəqiqə də "Sumqayıt"la qarşılaşmada (1:0).

Mutunun "Neftçi" karyerası necə olacaq bilmirəm.

Amma indiki halda ən azı bu qərarına görə ona böyük "sağ ol" düşür.

Və ümid edirdik ki, Mutunun bir matçda Höccətlə bağlı verdiyi doğru qərarı, nəhayət, Canni De Byazi 2 il sonra başa düşər, onu milli komandaya çağırmaz.

Lakin əcnəbi mütəxəssis növbəti dəfə öz israrına və ya tapşırıq aldığı adamların israrına sadiq qalaraq müdafiəçini əsas millimizə dəvət etdi.

Deməli, Canni və havadarları AFFA-nın binasından tam təmizlənməyincə bizim olmaqdan çoxdan çıxan milli komandaya belə lazımsız futbolçuların gəlişini izləməyə məcbur olacağıq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti