Azərbaycan millisinin DÇ-dakı oyunlarının təqvimi

29 Avqust 2023 17:20 Milli komanda 901
Azərbaycan millisinin DÇ-dakı oyunlarının təqvimi

Azərbaycan minifutbol millisinin Birləşmiş Ərəb Əmirliklərinin Ras Al Xayma şəhərində keçiriləcək dünya çempionatındakı oyunlarının təqvimi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yığma G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq.

Komandamız ilk oyununu oktyabrın 27-də İraqa qarşı keçirəcək. Milli bundan iki gün sonra Misirlə, oktyabrın 31-də isə Tunislə üz-üzə gələcək. Qrupda ilk iki yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar.

Bununla bağlı Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov tviter səhifəsində paylaşım edib. Federasiya rəhbəri son Avropa çempionuna mundialda uğurlar arzulayıb.

Dünya çempionatına noyabrın 4-də final matçı ilə yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO