"Düzünü desəm, İtaliyaya qayıtmaq haqda düşünmürəm"

26 Avqust 2023 00:50 Milli komanda 629
"Düzünü desəm, İtaliyaya qayıtmaq haqda düşünmürəm"

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi “TUTTOmercato”ya açıqlama verib.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis yaxın gələcəyi ilə bağlı fikirlərini bildirib:

"Biz AVRO-2024-ün seçmə mərhələsinin Belçika oyunöncəsi işimizi davam etdiririk.AFFA ilə müqaviləm dekabr ayına qədərdi, sonrasına baxacağıq.

Düzünü desəm, İtaliyaya qayıtmaq haqda düşünmürəm. Prioritet xaricdə qalmaqdır. Ola bilsin ki, milli komandada işləməyə davam etdim".

Karyerası ərzində bir çox klubları çalışdıran De Byazi 2011-2017-ci illərdə Albaniya millisinə başçılıq edib.

2017-ci ildə qısa müddət İspaniyanın "Alaveş" klubuna başçılıq edib və 2020-ci ildən Azərbaycan millisini çalışdırır.

AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda yer alan millimiz 3 oyunda xal qazana biləməyib. Bu oyunlarda 10 qol buraxaraq, 2 dəfə fərqlənə bilib.

Millimiz növbəti seçmə mərhələ oyununu sentyabrın 9-da Bakıda Belçikaya qarşı keçirəcək. Komanda bundan 3 gün sonra paytaxtda İordaniya millisi ilə yoldaşlıq oyununa çıxacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti