Azərbaycan millisi 2024-cü ilə yeni baş məşqçi ilə başlayacaq

23 Avqust 2023 14:40 Milli komanda 4 705
Azərbaycan millisi 2024-cü ilə yeni baş məşqçi ilə başlayacaq

Azərbaycan yığması 2024-cü ilə yeni baş məşqçi ilə başlayacaq.

AFFA bu barədə Canni D Byaziyə xəbərdarlıq edib.

2020-ci ilin ikinci yarısından millimizi çalışdıran mütəxəssisə bildirilib ki, AVRO-2024-ün seçmə mərhələsindən sonra yollar ayrılacaq.

İtaliyalı sükançı federasiyanın mövqeyinə anlayışla yanaşıb və bəzi təkliflərin olduğunu, onlardan birini dəyərləndirəcəyini vurğulayıb.

Komandamız Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxış eləyir. F qrupunda yer alan yığmamız 3 tur ərzində cəmi 1 xal toplayıb.

Kollektiv səfərdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabıyla uduzub, Bakıda Estoniya ilə 1:1 oynayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti