Azərbaycan Premyer Liqasında ötən həftə 3-cü tur arxada qaldı.
Bu, 15 oyun deməkdir. "Sumqayıt" - "Sabah" qarşılaşması təxirə salınıbsa, digər 14 oyun baş tutub.
Amma Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi yeni mövsüm hələ də "siftə" etməyib.
Nə mən onu arenalarda görmüşəm, nə də "gördüm" - deyəni eşitmişəm.
İtaliyalı mütəxəssis klubularımızın heç avrokubok matçlarında da gözə çarpmadı.
Və 5-10 gün sonra bu adam milli komandamızın Avropa çempionatının seçmə mərhələsində qarşılaşacağımız Belçika yığması ilə görüşə çağıracağı heyəti açıqlayacaq.
Ötən mövsüm tura Bayıldan başlayıb, Tovuzda bitirən mütəxəssis indi niyə kölgəyə çəkilib?
Görünür, ölkəmizdən gedişi dəqiqləşən əcnəbi çalışdırıcı özünə əziyyət verib stadionlara getməkdənsə, malikanəsində oturub ölkəmizdəki son günlərini saymağı daha üstün tutur.
XANOĞLAN / SPORTİNFO.AZ

