Yığmamız Bosniya və Herseqovinaya penaltilərdə uduzdu

23 Avqust 2023 03:00 Milli komanda 601
Yığmamız Bosniya və Herseqovinaya penaltilərdə uduzdu

Estoniyanın paytaxtı Tallində təşkil olunan UEFA İnkişaf turnirində iştirak edən 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız heç-heçə edib – 0:0.

Əsasnaməyə əsasən, qalibi müəyyən etmək üçün penaltilər seriyası təşkil olunub.

Penaltiləri daha dəqiq yerinə yetirən rəqib komanda yekunda 3:2 hesablı qələbə qazanıb.

Millimiz turnirdə növbəti oyununu avqustun 24-də estoniyalı yaşıdlarına qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti