Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində 2-ci oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, yığmamız Estoniya ilə üz-üzə gəlib.
“Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilən matç rəqibin 7:4 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamızın heyətində Elşad Manafov dubl edib. Komandamızın digər qollarını isə Orxam Məmmədov və Fuad Hüseynov vurub.
A qrupunun digər oyununda isə İtaliya Moldovanı 3:1 hesabı ilə məğlub edib.
Azərbaycan komandası ilk görüşdə Moldovaya 2:3 hesabı ilə uduzub.
Azərbaycan – Estoniya 4:7
Qollar: Hüseynov, 5 (1:2), Məmmədov, 11 (2:3), Manafov, 21 (3:6), 31 (4:7)
Azərbaycan: Vaqif Şirinbəyov, Amid Nəzərov, Orxan Məmmədov, Comərd Baxşəliyev, Sabir Allahquliyev - Elçin Qasımov, Rafiq Kərimov, Elşad Manafov, İsa Zeynallı, Fuad Hüseynov, Ramil Əliyev, Kamran Qürbətov, Hüseyn Axundov, Tural Qürbətov
Qrupun digər oyununda İtaliya Moldovaya 3:1 qalib gəlib. Zeynal Zeynalovun rəhbərlik etdiyi kollektiv bundan əvvəl qrupda Moldovaya 1:3 uduzub.

