Azərbaycan millisi növbəti oyuna çıxacaq.
Ölkənin bir nömrəli futbol komandası sentyabrın 9-da Avropanın öncüllərindən olan Belçikanı qəbul edəcək.
AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq qarşılaşmanın “Dalğa Arena”da keçiriləcəyi dəqiqləşib.
Hətta biletlər də artıq indidən satışa çıxarılıb. AFFA bu barədə özünün sosial media səhifələri vasitəsi ilə məlumat yayıb. Qiymətlət 5-50 manat aralığında dəyişir.
Xeyli vaxtdır azarkeşlərin gözündən uzaq düşən Azərbaycan yığmasının yenidən gündəmə gəlməsi izləyicilərin sərt reaksiyasına səbəb olub.
Azarkeşlər illərdir xalqın üzünü güldürə bilməyən komandanın Belçika önündə biabır olacağını qeyd edib, oyunun başlama saatından gileylənib:
“Xeyirli olsun. Yenə uduzacaqlar”.
“Özümüzdən zəif olan Estoniya ilə bacarmadılar, Belçikanı udacaqlar?”
“6 qol vuracağıq, hamısını öz qapımıza”.
“Kurtua ilə De Brüyne zədəlidir. İnşallah, 4-5 topdan çox vurmazlar”.
“Məğlub olmamaqla yanaşı, azarkeşlərlə və izləyicilərlə əlaqə qurmağı da öyrənsəniz, hər şey yaxşı olacaq”.
“Saat 5 gecdir. Birdəfəlik səhər 8-də oynayardız da”.
“Lazımsızları yığın milliyə, sonra da Belçikanı udmaqdan, xal almaqdan danışın”.
“Biabır olmaq istəmirsinizsə, meydana çıxmayın, 0:3 hesablı texniki məğlubiyyət verilsin. Yoxsa “dolduracaqlar”.
“Qapısında Şahruddinin dayandığı milliyə inanırıq”.
“Bizdə saat 5 olanda Avropada saat 2-3, Amerikada səhər 8 olur. Özləri belə vaxta salıblar ki, dünyanın növbəti futbol faciəsindən xəbəri olmasın”.
Senatybrın 9-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika qarşılaşması saat 17:00-da başlayacaq.
3 oyundan sonra aktivinə cəmi 1 xal yazan Canni de Byazinin yetirmələri sonuncu pillədə qərarlaşıb. Belçika bu sayda oyundan 7 xal toplamaqla qrup ikincisidir.
HƏBİB / SPORTİNFO.AZ

