Azərbaycan – Monteneqro: Bizimkilər iş başında olacaq

15 Avqust 2023 07:30 Milli komanda 766
Azərbaycan – Monteneqro: Bizimkilər iş başında olacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının təlim-məşq toplanışı çərçivəsində Monteneqro yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "Dalğa Arena"da keçiriləcək matçları baş hakimləri İslam Məmmədov və Şamil İmanzadə olacaq.

Azərbaycan U-17 – Monteneqro U-17

15 avqust. Dalğa Arena. Saat 18:30
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Orxan İbişov, Mahmud Bağırzadə

Azərbaycan U-17 – Monteneqro U-17

18 avqust. Dalğa Arena. Saat 18:30
Hakimlər: Şamil İmanzadə, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Murad Səlimov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti