“Real”ın ulduzu Azərbaycan millisi ilə oyunu buraxacaq

11 Avqust 2023 01:40 Milli komanda 553
“Real”ın ulduzu Azərbaycan millisi ilə oyunu buraxacaq

Belçika millisinin ulduzu Tibo Kurtua AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığması ilə qarşıdakı oyunu buraxacaq.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı qapıçı İspaniya klubu “Real”ın məşqi zamanı ağır zədə alıb.

Madrid təmsilçisinin həkimləri tibbi müayinədən sonra Kurtuanın sol diz ön çarpaz bağlarında yırtıq olduğunu müəyyənləşdiriblər.

Yaxın günlərdə əməliyyat olunacaq ulduz futbolçu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq Belçika üç gün sonra Estoniyanı qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti