Baş məşqçi ilə mübahisə edən məşhur Azərbaycan yığması ilə oyuna çağırılacaq

8 Avqust 2023 22:40 Milli komanda 1 356
Baş məşqçi ilə mübahisə edən məşhur Azərbaycan yığması ilə oyuna çağırılacaq

Belçika millisinin futbolçusu Tibo Kurtua AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya yığmaları ilə keçiriləcək oyunlara çağırılacaq.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı qapıçı yığma karyerasını bitirmək fikrində deyil.

Son toplanış zamanı kapitanlıq sarğısının ona verilməməsindən narazı qalaraq baş məşqçi Domeniko Tedesko ilə mübahisə edən qolkiper Madriddə Belçika Futbol Assosiasiyasının nümayəndələri ilə görüşüb.

Tedesko özü də tezliklə ulduz futbolçu ilə görüşəcək.

AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq Belçika üç gün sonra Estoniyanı qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti